İstifadə qaydaları
1. Ümumi qaydalar
baku.best xidmətindən istifadə edərək aşağıdakı qaydaları qəbul etmiş sayılırsınız. Xidmət yalnız qanuni məqsədlər üçün istifadə oluna bilər.
2. Qadağan olunan istifadə
- Zərərli proqram təminatı, fişinq (phishing) və ya aldadıcı saytlara yönləndirmə
- Qanunsuz məzmuna (kontent oğurluğu, saxtakarlıq və s.) keçid yaratmaq
- Spam və ya icazəsiz kütləvi mesajlaşma məqsədilə istifadə
- Başqasının müəllif hüquqlarını pozan materiallara yönləndirmə
Bu qaydaları pozan linklər xəbərdarlıq edilmədən deaktiv edilə bilər, hesab bloklana bilər.
3. Pulsuz linklər
Hər hesab üçün maksimum 5 pulsuz link limiti var. Uzun müddət (adətən 90+ gün) istifadə olunmayan pulsuz linklər admin tərəfindən silinə bilər.
4. Premium linklər
Premium linklər ödənişlidir və admin tərəfindən mənual yaradılır. Ödəniş edildikdən sonra link müddəti admin ilə razılaşdırılan tarixədək aktiv qalır. Ödənişlərin geri qaytarılması hər hal üzrə ayrıca müzakirə olunur.
5. Statistika və məlumatların saxlanması
Klik statistikası (ölkə, şəhər, cihaz tipi) linkin sahibi üçün göstərilir. IP ünvanlar birbaşa saxlanılmır — yalnız hash formasında, unikal klik sayğacı üçün istifadə olunur. Ətraflı üçün Məxfilik siyasətinə bax.
6. Dəyişikliklər
Bu qaydalar zaman zaman yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər olduqda bu səhifə yenilənəcək.