Məxfilik siyasəti
Hansı məlumatları toplayırıq
- Qeydiyyat zamanı: ad, email, (istəyə bağlı) telefon
- Yaratdığın linklər və onların hədəf URL-ləri
- Klik statistikası: tarix, ölkə/şəhər (GeoIP əsaslı), cihaz tipi, referrer
- Dəstək müraciətləri (ticket) və əlavə etdiyin şəkillər
IP ünvanlar necə işlənir
Hər klikdə IP ünvan yalnız unikal statistika üçün bir istiqamətli hash formasına çevrilir və birbaşa şəkildə saxlanılmır. IP ünvan yalnız ölkə/şəhər məlumatını müəyyən etmək üçün müvəqqəti olaraq GeoIP sorğusunda istifadə olunur.
Məlumatların kimlərlə paylaşılması
Məlumatların heç biri üçüncü tərəflərə satılmır. GeoIP sorğuları xarici GeoIP xidmətlərinə (ipwho.is, ip-api.com) göndərilir — yalnız IP ünvan, başqa şəxsi məlumat ötürülmür.
Şəkil yükləmələri
Dəstək (ticket) bölməsində yüklədiyin şəkillər yalnız sənin və admin tərəfindən görünə bilər, ictimai şəkildə əlçatan deyil.
Məlumatlarının silinməsi
Hesabını silmək istəsən, bizimlə əlaqə saxla. Hesab silindikdə şəxsi məlumatların deaktiv edilir; qanuni tələblər çərçivəsində bəzi qeydlər (məs. ödəniş tarixçəsi) müəyyən müddət saxlanıla bilər.
Kukilər (Cookies)
Sayt yalnız giriş sessiyanı idarə etmək üçün zəruri kuki istifadə edir. Reklam və ya izləmə məqsədli üçüncü tərəf kukiləri istifadə olunmur.